Oktyabr ayında 46 yeni iş yeri yaradılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasında 18 istehsal sahəsinin yaradılması başa çatdırılıb, 49 sahənin yaradılması isə davam etdirilib.

Muxtar respublika ərazisində yeni yaradılan istehsal sahələrində dövlət maliyyə dəstəyi hesabına 46 yeni iş yeri açılıb. Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına, ümumilikdə 601 yeni iş yerinin yaradılması istiqamətində işlər görülür. 

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində işlər görülür.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: