Sədərəkdə maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək kəndində “Əmək pensiyasının miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır” mövzusunda maarifləndirci tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin təşkil etdiyi tədbirdə bildirilib ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Məhz buna görə də hər bir vətəndaş harada işləməsindən asılı olmayaraq əmək fəaliyyətinə başlayarkən mütləq əmək müqaviləsi imzalamalı, aldığı əməkhaqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalıdır. Vətəndaş maraqlı olmalıdır ki, işəgötürən onun işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarını tam ödəsin. 

Qeyd edilib ki, rayonda pensiyaçılar əmək pensiyalarını plastik kartlar vasitəsilə alırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: