Aztəminatlı ailələrə dövlət tərəfindən kömək göstərilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə ümumilikdə 13 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 2 nəfərə mini yerşumlayan, 1 nəfərə otbiçən aqreqat, 1 nəfərə tənəkəçi-rəngsaz alətləri, 1 nəfərə fotoaparat, 1 nəfərə isə pinəçi avadanlıqları alınaraq onların istifadəsinə verilib.
Bununla əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.