Gənclər vətənpərvər ruhda tərbiyə olunur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  təşkilatçılığı ilə elmi nəzəri konfrans keçirilib.

Konfransda gənclərin  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olması, vətənpərvər ruhda tərbiyə edilməsi ilə bağlı çıxışlar olub. Qeyd edilib ki, məhz ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb,  digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığı istiqamətində işlər aparılır.

Sonda tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsi üçün hamilik tədbirlərinin əhəmiyyəti vurğulanıb.  Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydaları ilə bağlı bukletlər paylanılıb.

                                                                                         Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: