NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Şahbuz rayon 1 nömrəli tam orta məktəbində “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirib. Məqsəd məktəbin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat verməkdir.
Mütəxəssislər müvafiq məlumatlar verəndən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzulara aid videoçarxlar təqdim edilib.