"Naxçıvan” Universitetinin tələbələri Gülüstan türbəsi ilə tanış olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri Gülüstan türbəsində olublar. Türbənin bələdçisi tələbələrə türbə haqqında geniş məlumat verib. 

Bildirib ki, Möminə xatın türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü isə yonulmuş daşdan tikilib. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilib, dekorativ tağlarla çərçivələnib. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülüb. 

Ekskursiyanı maraqlı edən məqamlardan biri də qatarla təşkil olunmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: