Mən Naxçıvan haqqında nə bilirəm... - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikada xarici ölkələrdən gələrək təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib.
Bilik yarışmasında 30 əcnəbi tələbə 30 suala cavab verib. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi-mədəniyyət abidələrinə həsr edilib.
Yarışın yekununa əsasən Naxçıvan Dövlət Universitetinin tələbələri Zaylobiddin Turqunboyev birinci, İzuvah Maxvell ikinci yerin sahibi olublar. Naxçıvan Dövlət Universitetinin tələbəsi Feruzabonu Khasanova və “Naxçıvan” Universitetinin tələbəsi MD Khairuzzaman isə üçüncü yerə layiq görülüblər.
Sonda qaliblər Gənclər Fondu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.