Culfalı qadınların əl işləri sərgiyə çıxarıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Rayonda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə çatdırmaq və mənəvi irsimizi yaşatmaqdır. 

Sərgidə rayon üzrə 89 istedadlı qadının toxuculuq və dekorativ tətbiqi sənət nümunələrindən ibarət 350-dən çox rəsm və əl işlərinin nümayişi və satışı təşkil edilib. 


Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: