Naxçıvan Texniki Kollecində Dövlət Bayrağı Günü qeyd olundu

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Texniki Kollecində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni oxunub.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirən bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə  bayram kimi qeyd edilir. 

Tədbirin bədii hissəsində tələbələrin ifasında bir-birindən maraqlı musiqi nömrələri, bayrağımıza həsr edilmiş şeirlər səsləndirilib, dövlət bayrağı haqqında videoçarx nümayiş etdirilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: