Tələbələr Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir foyedə tələbələrin bu münasibətlə təşkil edilən rəsm və əl işlərindən ibarət sərgiyə baxışla başlayıb. Sonra isə konfrans zalında tələbələrin hazırladıqları videoçarx nümayiş etdirilib.  İnstitutun rektoru Elbrus İsayev Dövlət Bayrağı Günün tarixindən danışıb.

Sonra Dövlət Bayrağı Günü münasibətilə ali təhsil ocağının tələbələri arasında keçirilən voleybol yarışı və şeir müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr verilib.

Tədbirdə universitetin tələbələrinin ifasında konsert proqramı təqdim olunub.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: