İranda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub

A- A A+

Noyabrın 8-də İran ərazisində 6 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:47-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: