Naxçıvanda keçirilən bədii yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

274

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solooxuma (xanəndəlik və vokal), rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə keçirilən bədii yaradıcılıq müsabiqəsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilən yaradıcılıq müsabiqəsində iştirakçılar münsiflər qarşısında bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev belə tədbirlərin müvafiq kateqoriyadan olan şəxslərin həyatındakı əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar təltif olunub, onların ifalarında növbəti çıxışlar dinlənilib.

Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin iştirak etdiyi müsabiqə qaliblərinin Bakı şəhərində bu kateqoriyadan olan şəxslər arasında keçiriləcək VIII Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirakı nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: