Tələbələrə özgüvənin həyatımızda rolu izah edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində tələbələrə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib. 

Seminarda “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva bildirib ki, özünə inam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Qeyd edilib ki, özünə inam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. “Özgüvən nədir?”, “Özgüvəni necə artırmalı?”, “Özünə inam hissini yenidən necə qazana bilərik?” mövzularında tələbələrlə birgə müzakirələr aparılıb, mövzu slaydlar vasitəsi ilə ətraflı izah olunub. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: