Naxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunun 60-illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçirilib. 

Beynəlxalq konfransda ABŞ-dan 4, Ukraynadan 2, Rusiyadan 10, Meksikadan 1, İtaliyadan 2, Çilidən 1, Səudiyyə Ərəbistanından 1, Türkiyədən 12, İran İslam Respublikasından 3, Gürcüstandan 1, İngiltərədən 2, Almaniyadan 1 və İsraildən 1 nəfər olmaqla 41 nəfər xarici tədqiqatçı iştirak edib.

Beynəlxalq konfransda Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov “ Dankl operatoru ilə bağlı Orliç fəzasında kəsr-maksimal operatorun komutatorunun xarakteristikası” mövzusunda məruzə edib. 

Konfransın  materiallarında  Naxçıvan Müəllimlər İnstitutunun “Riyaziyyat və tədrisi metodikası” və “Ali riyaziyyat və informatika” kafedralarının əməkdaşlarından İbrahim Rüstəmov, Məftun İsmayılov, Vüqar Həmzəyev, Sahib Əliyev və Elşad Ağayevin tezisləri öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: