Əzəmətlim

A- A A+

Hər millət üçün onun bayrağı sahib olduğu ən ali dəyərdir!
“Mənim varlığımın cilası bayraq!    

Torpağım üstünə kölgələr salan”, - Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək varlığımın təcəssümüdür bayraq. 

Bu ifadə Azərbaycan bayrağına aiddir - Bir kərə yüksələn bayraq bir daha enməz! O da  enmədi. Dalğalandı, beynəlxalq təşkilatlarda, ən ali məkanlarda, kürsülərdə ucaldı, göz oxşadı, qürur yaydı.

Budur bayrağım. Çiyinlərdə qalxan, qürurlandıran, sevinc göz yaşı tökdürən, şəhidimin qanı ilə  yoğrulan bayraq.

Bu bayraq dosta rahatlıq, düşmənə qorxu verir, bəzən nazlı-nazlı dalğalanır, bəzən coşur dəniz kimi...

Bu bayraqda vətənim, şəhidimin qanı, dinim, azadlığım, müasir düşüncəm var, canını fəda edən minlər var. 

Biz hamıdan məğruruq. Çünki müqəddəsim, ucalığım, ruhumun qidası, müstəqilliyim, namusum, şərəfim, şəhidimin son örtüyü-bayrağım var!

Bayraq müstəqilliyimizin xeyir-duasıdır, bayraq qabiliyyətim, bayraq qələbəmdir. Hacı Əliyev, Elnur Məmmədli, Rəsul Cunayev, Rafael Ağayev, Namiq Abdullayevin çiyinlərində gəzən, Teymur Rəcəbovun, Şəhriyar Məmmədyarovun  dünyaya tanıtdığıdır bayrağım!

Bayrağım da bilir. Bilir ki, tezliklə Şuşada, Laçında, Xankəndində, Qarabağın hər nöqtəsində sancılacaq. 

Lələtəpədə, Günnütdə  dalğalandıqca düşmən bağrı yandıran, Üçrənglim, səni Qarabağ səmaları gözləyir!!!

Xanım Rüstəmzadə
Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: