“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetdə təşkil edilən tədbirdə ali təhsil ocağının rektoru İsmayıl Əliyev dövlət bayrağımızın tarixindən danışıb. Mövzu ilə bağlı digər əməkdaşlar çıxış edib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi nömrələri, bayrağımıza həsr olunan şeirlər səsələndirilib, milli rəqslərimiz nümayiş etdirilib.
Sonda tələbələr arasında keçirilən 9 noyabr- Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunmuş futbol yarışının qalibləri mükafatlandırılıb.
Seyfur Hacımuradov