Kəngərlidə “Ailə təsərrüfatı məhsulları” yarmarkası - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan “Ailə təsərrüfatı məhsulları”nın satışı yarmarkasına rayondakı ailə təsərrüfatı sahiblərinin 187 adda 4 min 840 qablaşdırılmış məhsulu çıxarılıb.
Yarmarkada əsasən qarşıdan gələn qış fəslində istifadə olunacaq quru meyvə, mürəbbə və cem, həmçinin kompot, turşu çeşidləri, ağartı məhsulları-qaymaq, pendir, qatıq da satışa çıxarılıb. Eyni zamanda burada spirtli içkilər, ət və ət məhsulları, qovurma, dağlardan toplanmış dərman bitkiləri və şirniyyat çeşidləri alıcılara təklif olunub. Həmçinin rayon mədəniyyət şöbəsi tərəfindən “9 noyabr-Azərbaycan Dövlət Bayrağı Günü” münasibətilə konsert proqramı da təşkil olunub. Konsert proqramında bir-birindən maraqlı mahnı və rəqslər ifa edilib.
Ərhan Novruzov