Naxçıvan Qarnizonu qoşunlarında 9 Noyabr Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edildi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında 9 Noyabr Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib.
“Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün 3 rəngli, ay-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.
Çıxışlar zamanı Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, Vətənə sədaqətin və hərbi anda sadiqliyinsimvolu olan bayrağımızhər birimiz üçün qürur mənbəyidir.
Silsilə tədbirlərdə mədəniyyət kollektivləri, kursantlar,şagirdlər və“Nərgiz” uşaq bağçasının balaca fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda tədbirlərin fəal iştirakçılarımükafatlandırılıblar.
Nəriman Nəcəfov