Culfada payızlıq taxıl əkini davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda taxılçılığın inkişafı üçün lazımi qədər traktor, toxumsəpən, şırımaçan və s. texnika mövcuddur. Təsərrüfat adamları bu il də dəmyə taxıl əkininə üstünlük verirlər. Rayonda 2816 hektardan çox sahədə taxıl əkini həyata keçirilib  ki, bunun da 2359 hektarı buğda, 457 hektarı isə arpadır. Təsərrüfat adamları artıq 200 hektardan çox sahədə suvarma işləri görüblər. Qeyd edək ki, sahələrin  hamısı şırım üsulu ilə əkilib.

Hazırda Culfa rayonunun təsərrüfatçıları əkin sahələrində suvarma işlərini davam etdirirlər. Əvvəlki illərdə olduğu kimi, bu ildə rayonun taxılçılıqla məşğul olan təsərrüfat adamları yerli şəraitə uyğun məhsuldar buğda sortlarının əkininə üstünlük verirlər.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: