NUHÇIXAN xəbər verir ki, Türkiyənin Adana şəhərində V Beynəlxalq dialektoloji konfrans keçirilib. Türk xalqları arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsi və türk dünyası dialekt və şivələrinin daha geniş miqyasda tədqiqinə həsr edilən konfransa Çuxurova universiteti ev sahibliyi edib.
Konfransda iki gün müddətində 70-ə yaxın məruzə dinlənilib. Beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev də iştirak edib. Naxçıvanlı alim “Naxçıvan (Azərbaycan) və Qars (Türkiyə) şivələrində qarşılıqlı təsirin tədqiqi məsələləri” mövzusunda məruzə edib.
Qeyd edək ki, tədbirdə universitetin rektoru Mustafa Kibar və Türk Dil qurumunun sədri Gürer Gürsevin çıxış edib. Sonra bu sahənin iki qocaman tədqiqatçısı Professor Əfrasiyab Gəmalmaz və Tuncər Gülənsoya Türk Dil Qurumunun mükafatları təqdim edilib.