Culfada sığorta-pensiya sisteminin mahiyyəti barədə maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fondun Culfa rayon şöbəsi sığortaolunanların iştirakı ilə növbəti maarifləndirici tədbir keçirib.

Tədbirdə sığorta-pensiya sisteminin xüsusiyyətləri, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti ilə bağlı tədbir iştirakçılarına  geniş məlumat verilib. 

Həmçinin qeyd edilib ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sığorta haqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir və sığortaedənlə sığortaolunanın vəsaitləri hesabına ödənilir. 

Vurğulanıb ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılıb. Kəndlərdə pensiyaların poçt bölmələri vasitəsilə ödənişinin həyata keçirilməsi nəticəsində pensiyaçıların işi xeyli asanlaşdırılıb. 

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: