Sədərək rayon Mərkəzi Xəstəxanasında taktiki-xüsusi təlim olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayon Mərkəzi Xəstəxanasında “Müharibə dövrünün müxtəlif şəraitlərində xəstəxananın işinin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlimdə Sədərək rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət 3 ixtisaslaşdırılmış həkim yardım briqadası, 3 ədəd təcili yardım avtomobili, 26 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin 9 nəfərdən ibarət dezinfeksiya briqadası və epidemoloji kəşfiyyat qrupu, həmçinin Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 5 əməkdaşı iştirak edib. 

Keçirilən taktiki xüsusi təlimin əsas məqsədi dinc və müharibə dövrlərindəki fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan qüvvələrin hazırlığını yoxlamaq olub. Təlim 2 mərhələdə 5 tədris yerində keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: