Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək

A- A A+

Daxili İşlər Nazirliyinin (DİN) fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə noyabrın 15-dən dekabrın 5-dək Bakı şəhəri Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək.

Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan unvana müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: