“Naxçıvanda Tunc dövrü” mövzusunda interaktiv açıq dərs keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərs keçirilib. Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan Tunc dövründə” mövzusunda şagirdlərə dərs danışıb.

Tuncun kəşf olunması ilə bəşər cəmiyyətinin yeni bir dövrü – Tunc dövrünün formalaşdığı şagirdlərin diqqətinə çatdırılıb. Tədqiqatçı adı çəkilən dövr haqqında ətraflı məlumat verib.

Dərs zamanı şagirdlərə Azərbaycan arxeologiyasında “Boyalı qablar mədəniyyəti” kimi tanınan Orta Tunc dövrü, onun xarakterizə olunduğu qruplar, xronoloji inkişaf mərhələləri izah olunub. Tədqiqatçı qeyd edib ki, ilk dəfə Naxçıvanda arxeoloji qazıntılar XIX əsrdən başlayaraq aparılıb. Bu gün Naxçıvan ərazisində abidələr bir neçə istiqamətdə öyrənilir.

Tədqiqatçı bu sahəyə göstərilən dövlət qayğısından da bəhs edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: