İnteraktiv dərs keçirilib - FOTOLAR
Qeyd olunub ki, Azərbaycan florasında aparılan tədqiqat işləri nəticəsində 1500-ə yaxın dərman, 1500 növ boya, 400 vitaminli, 800 növ yem, 600-dən çox nektarlı, o cümlədən 400 bal verən bitki olduğu müəyyənləşdirilib. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində bir sıra faydalı yabanı bitkilər yayılıb. Faydalı bitkilərdən qida əhəmiyyətli, o cümlədən dərman bitkiləri üstünlük təşkil edir. Təsərrüfat əhəmiyyətli bitkilər arasında balverən bitkilər xüsusi yerə sahib olmaqla, arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Ərazi florasında 181 növ balverən bitki növü aşkar edilib.