93 tələbə istehsalat təcrübəsi keçəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin 2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə start verilib. Bu dəfə  93 nəfər IV kurs  tələbəsi istehsalat təcrübəsində iştirak edəcək. Onlar  Naxçıvan Muxtar Respublikasının Maliyyə, İqtisadiyyat nazirlikləri,  Turizm Departamenti,  Mərkəzi Bank,  Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübədə olacaqlar. Təcrübəçilər universitetin  İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə təhsil alan  tələbələrdir.

Bununla bağlı “Naxçıvan” Universitetində keçirilən başlanğıc konfransında   istehsalat təcrübəsinin əhəmiyyəti,  keçirilmə qaydaları və müddəti haqqında geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: