Tələbələr arasında ən yaxşı şeir ifaçıları seçilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Beynəlxalq Tələbə Gənclər həftəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

Beynəlxalq Tələbə Həftəsi çərçivəsində keçirilən müsabiqənin əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilidir. 

Bədən tərbiyəsi ixtisası üzrə III kurs tələbəsi Samir Qəhrəmanov müsabiqənin qalibi olub. Coğrafiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Aynur İbrahimova II, İngilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Sevgi Əlizadə, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Səma Bayramova III yerləri bölüşüblər.

Qeyd edək ki, müsabiqəyə ayrı-ayrı fakültələr üzrə 20-yə yaxın tələbə qatılıb. Təqdim edilən şeirlərin qiymətləndirilmə meyarı şeirlərin məzmunu, ideyası, intonasiyası, qiraətçinin canlı ifadə tərzi və digər kriteriyalar əsasında müəyyənləşib.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: