İntellektual oyunlara 25 əcnəbi tələbə qatılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Gənclər Mərkəzi”ndə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə” və “Azərbaycanı tanı” intellektual oyunları keçirilib.

12 komandanın iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu 3 yarımfinal və final mərhələsindən ibarət olub. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarında müxtəlif mövzularda 25 sual səsləndirilib. Final mərhələsində raundların nəticələrinə əsasən ən çox xal toplayaraq “Naxçıvan” Universitetinin “Şəms” komandası I, “Brilliant” komandası II, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası isə III yerin qalibi olub.

Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyununda isə iştirakçılar Azərbaycanın coğrafi xəritəsini daha tez yığmaq uğrunda yarışıblar. Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin tələbələri Novruz Gökhan I, Yelda Gül Erginsoy II, Berkay Yaşar isə III yerə çıxıb.

60 gəncin, o cümlədən 25 əcnəbi tələbənin iştirak etdiyi intellektual oyunlar Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qalib komandalar və iştirakçılar noyabrın 15-də “Gənclik Mərkəzi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: