“Üçrəngli bayrağınla məsud yaşa” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Üçrəngli bayrağınla məsud yaşa” adlı foto-video, əl işləri  müsabiqəsinə yekun vurulub.  Müsabiqədə tələbələr tərəfindən çəkilən və Azərbaycanın dövlət bayrağını, rəmzlərini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Şərtlərə görə universitetin instaqram səhifəsində yerləşdirilmək  üçün ümumilikdə, 40-a yaxın yaradıcı iş buraxılıb. Qaliblər 14 gün müddətində hər nominasiya üzrə ən çox bəyənmə alan 10 yaradıcı iş arasından seçilib. Foto nominasiyası üzrə Mühasibat uçotu və audit ixtisası üzrə II kurs tələbəsi Əhməd Əhmədzadə müsabiqənin qalibi olub. Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Abazər Kərimov II, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Cavid Həsənli isə III yerə çıxıb.

Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Murad Əlkərəmov video nominasiyası üzrə qalib olub. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Günel Əliyeva  II, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Kamal Babazadə isə III olub.

Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə I kurs magistr Nigar Məhərrəmova qalib seçilib. Memarlıq ixtisası üzrə I kurs tələbəsi Elşad İsmayılov II, Musiqi müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Lətifə Quliyeva, Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Nigar Nəsirli III yeri qazanıblar.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: