Tələbələr Naxçıvan şəhər prokurorluğunda təcrübədədirlər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə dördüncü kurs tələbələri Naxçıvan Şəhər Prokurorluğunda olublar.

Tələbələr əvvəlcə Naxçıvan Şəhər Prokurorluğunun kitabxanası ilə tanış olublar. Prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri və onların sənədləşdirilməsi qaydaları haqqında tələbələrə məlumat verilib.

Tələbələr həmçinin, qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Onu da qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən bu görüşlər dekabr ayının sonunadək davam edəcəkdir.

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: