Naxçıvanda 300 şəxsə sovqatlar verilib - FOTOLAR

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib. NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu gün münasibətilə tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan görmə qabiliyyəti məhdud şəxslərin də sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, həmçinin onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Çıxışlardan sonra Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə həmin şəxslərə sovqatlar təqdim olunub və onlar göstərilən qayğıya görə minnətdarlıq ediblər. Tədbirdə iştirak edə bilməyənlərə isə evlərində baş çəkilib, sovqatlar verilib. 

Tədbirlər muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunub.  
Qeyd edək ki, ümumilikdə görmə məhdudiyyəti olan 300 şəxsə sovqatlar təqdim olunub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: