Üçrəngli bayrağımızın əbədi qayıdış günü

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində “Üçrəngli bayrağımızın əbədi qayıdış  günü” mövzusunda keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib. Akademik qeyd edib ki, noyabrın 17-si Azərbaycan tarixində bir sıra hadisələrlə əlamətdardır. 1990-cı il məhz həmin gündə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı təkcə muxtar dövlətin rəmzi kimi qəbul etməyib, həm də bu bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbulu ilə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. Nəticədə 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, professor Hüseyn Həşimli mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən dövlət bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğu vurğulanıb. Eyni zamanda, hələ sovetlər dövründə üçrəngli Azərbaycan bayrağı ilə əlaqədar müxtəlif yaradıcı ziyalıların əsərləri ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb. 

Tədbirin sonunda muzeyə baxış olub.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: