Gənclərə qayğı sağlam gələcək deməkdir  

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Gənclərlə sağlam gələcəyə” mövzusunda konfrans keçirilib.

Xəstəxananın baş həkimi Zəbur Bağırov muxtar respublikada səhiyyə sahəsində görülən işlərdən danışıb. Bildirib ki, son 20 ildə muxtar respublikamızda onlarla yeni səhiyyə müəssisələri tikilərək insanların istifadəsinə verilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülüb, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilib.

Xəstəxananın həkim-oftalmoloqu Kəmalə Əliyeva “Kompüter və smartfonların zərərlərindən qorunmağın yolları” mövzusunda, həkim-nevropatoloq Səkinə Mirzəyeva “Gənclərdə depressiv hallar, onlardan xilas olma yolları” mövzusundakı çıxış ediblər. 

Həmçinin konfransda xəstəxananın həkim-fizioterapevti Nuray Əliyeva “Onurğa problemləri”, həkim stomatoloq Vüsal Əliyev “Ağız boşluğu xəstəliklərinin yaranma səbəbləri və profilaktikası”, həkim-rezident Aynur Rzayeva “Zərərli ultrabənövşəyi şüaların törətdiyi xəstəliklər və onlardan qorunma yolları”, həkim-endokrinoloq Aysel Dünyamalıyeva “Hazır qidalar və onların törətdiyi fəsadlar” mövzularında çıxış edərək ətraflı məlumatlar veriblər. 

Diskussiya şəraitində keçən konfransda iştirakçıların suallarına da aydınlıq gətirilib. 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: