Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyəti davam edir - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, təlimin ikinci günü qoşunların səfərbərlik ehtiyatları ilə komlektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktiki fəaliyyət göstərib. Açılmış məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Hərbi qərar qəbuletmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.

 Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: