İngilis dilində yeni dərs vəsaiti işıq üzü görüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında  İngilis dili və metodika kafedrası müəllimləri Cavid Babayevin “Hit the target through English grammar” və Leyla Zeynalov ilə Aygün Əsgərovanın birgə yazdıqları  “English for sports students” adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.

Bildirilib ki, hər iki kitab həm ingilis dilində, həm də digər ixtisaslarda dərs deyən müəllim və tələbələr üçün faydalıdır.

Dərs vəsaitlərinin  digər qrammatika kitablarından fərqi ondadır ki, müəllif burada ilk dəfə olaraq davamedici formada işlənmə məhdudiyyətinə malik feillərin geniş izahatını verib. Diqqətə çatdırılıb ki, əvəzliklərin məna növləri digər dilçilərdən fərqli olaraq 12 kateqoriyada ümumiləşdirilib və Nida əvəzliyi adlı yeni bir əvəzlik növü təsnif olunub.

Diqqəti çəkən məqam isə ingilis dili fəninin mənimsənilməsinə imkan verən çalışmalara, şifahi və yazılı nitq bacarığının inkişafına, söz ehtiyatının zənginləşdirilməsinə geniş yer verilməsidir.  

                                     Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: