Ali təhsil ocağında 17 Noyabr-Milli Dirçəliş Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 17 Noyabr-Milli Dirçəliş Gününə həsr edilən tədbir olub.

Universitetin rektoru Saleh Məhərrəmov 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rolundan danışıb.  

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsini vurğulayıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

Sonra tələbələr şeir deyib, tarixi günlə əlaqədar videoçarx nümayiş olunub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: