Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri muxtar respublikaya səfərə gəlib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas muxtar respublikamızda səfərdədir. Səfər çərçivəsində diplomat əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan abidəsi önünə tər gül dəstələri qoyub. Sonra qonaq Heydər Əliyev Muzeyini ziyarət edib. Diqqətə çatdırılıb ki, muzeydə ümummilli liderə həsr olunan 4 mindən çox eksponat sərgilənir. Səfir ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, həyatının müxtəlif məqamlarını əks etdirən, həmçinin Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə böyük maraqla baxıb. Muzeydə qonağı maraqlandıran suallara aydınlıq gətirilib. 

Diplomata dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti və nəzəri irsi barədə də ətraflı məlumat verilib.

Sonda qonaq xatirə kitabına ürək sözlərini yazıb.

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın  muxtar respublikaya səfəri davam edir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: