Bu barədə NUHÇIXAN-a Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat daxil olub. Məlumatda deyilir:
"2019-2020-ci ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2019-cu ilin noyabr ayının 15-dən 2020-ci ilin mart ayının 15-dək saat 18:00-dan 24:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcəkdir.
Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər".
Qərargahın əlaqə telefonu: 545-01-71