NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Startapla bağlı növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin müəllimi Şamil Hümbətov bildirib ki, “Startap Naxçıvan” hərəkatı istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır.
Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalının texniki imkanları barədə tələbələrə geniş məlumat verib.
Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Seyfur Hacımuradov