Kəngərli rayonunda şəkərli diabet xəstələri maarifləndirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon mərkəzi xəstəxanasında Ümumdünya Diabet Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva Ümumdünya Diabet Gününün təsis olunması, “Şəkərli diabet üzrə Dövlət proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlərdən, xəstələrə göstərilən qayğıdan, bu sahədə yaradılan maddi-texniki bazadan və aparılan səhiyyə maarifi işlərindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Xəstəxanasının endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “Şəkərli diabetin statistikası və diaqnostikası”, xəstəxananın endokrinologiya şöbəsinin həkim-rezidenti Aysel İsmayılova “Şəkərli diabetin ağırlaşmaları” və endokrinologiya şöbəsinin bölmə müdiri Gülşən Həsənquliyeva “Diabet məktəbi”nin əsasları və özünə nəzarət prinsipləri” mövzularında çıxış ediblər.

Çıxış edənlər şəkərli diabet xəstəliyinin yaranması, növləri, profilaktikası, müalicə üsulları barədə danışıb, bu istiqamətdə səhiyyə maarifi işinin genişləndirilməsinin vacibliyini önə çəkiblər. Tədbirdə xəstəliyin müəyyən mərhələlərdə müalicəsi, diabetli xəstələrlə davranış və ayrılan dərmanların istifadə qaydaları barədə slaydlar vasitəsilə izahlar verilib.

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: