Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurs tələbələri ilə görüşüblər. Görüşdə tələbələrə müxtəlif istiqamətlərdə bakalavriat və magistratura proqramları və video təqdimat əsasında ADA Universitetinin tədris imkanları haqqında məlumat verilib.

Universitetin əməkdaşları tələbələrə gələcəkdə ADA Universitetində təhsil almaq və kariyera qurmaq biliklərini formalaşdırmaq istiqamətində öz şəxsi təcrübələri əsasında mühazirələr oxuyublar. Tələbələrin fəallığı ilə keçən görüşdə onları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: