Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib - FOTOLAR

A- A A+

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağında Tibb fakültəsinin yaranmasının 20 illiyi ilə əlaqədar “İlk tibbi yardım” adlı konfrans-simulyasiya keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi, universitetin Ümumi təbabət və gigiyena kafedrasının müəllimi Bəxtiyar Hüseynov hər kəsin ilk tibbi yardımı bilməli olduğunu qeyd edib. Bildirib ki, vaxtında edilən müdaxilə zərərçəkən şəxsin həyatını belə qurtara bilər. Təcili tibbi yardımı öyrənmək üçün tələbələrin Türkiyədə təcrübədə olduğu da diqqətə çatdırılıb.

Tələbələr “Kliniki ölüm”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Zəhərlənmələr”, “Sınıqlar”, “Bədbəxt hadisələr”, “Torpaq altında qalma”, “Yanıqlar”, “Epilepsiya” adlı simulyasiyaları əyani şəkildə təqdim ediblər.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov da tədbirdə iştirak ediblər. Tələbələrin hazırlığı yüksək qiymətləndirilib.

Konfrans iştirakçısı akademik Adilə Namazova isə qeyd edib ki, muxtar respublikada səhiyyəyə göstərilən dövlət qayğısı universitetin Tibb fakültəsinin əsası qoyulub. Akademik yaradılmasının 20 illiyi münasibətilə fakültənin müəllim və tələbə kollektivini təbrik edib, onlara peşə fəaliyyətində uğurlar arzulayıb.

                                                                   Səadət Əliyeva

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: