Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində noyabr ayı üçün bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.

Fonddan NUHÇIXAN-a bildirilib ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtından əvvəl ödənilib. Eyni zamanda, əmək pensiyasına çıxmış hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin pensiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq yenidən hesablanaraq artırılıb və onların müvafiq kart hesablarına köçürülüb.

Muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilib. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.

Qeyd etmək lazımdır ki, son zamanlar muxtar respublikada pensiyaların poçt bölmələrindən alınması üçün edilən müraciətlərdə artım müşahidə olunub.

Əhalinin aztəminatlı hissəsi olan pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: