Kriştiano Ronaldo het-trik sayında Lionel Messini üstələyib

A- A A+

“Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Portuqaliya milli komandası Litva yığmasını doğma meydanda 6:0 hesabı ilə məğlub edib.

NUHÇIXAN xəbər verir ki, 34 yaşlı hücumçu Kriştiano Ronaldo bu matçda 3 qol vuraraq karyerasında 55-ci het-trikə imza atıb. Ronaldo yığmada 9, klubda isə 46 matçda 3 qol vurub.

Argentina millisinin və “Barselona” komandasının kapitanı Lionel Messinin hesabında isə 52 het-trik var.

İtaliyanın “Yuventus” klubunun şərəfini qoruyan Ronaldo karyerasında 705 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: