Naxçıvanda sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara yeni lisenziyalar verilib

A- A A+

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara yeni lisenziyalar təqdim olunub.

NUHÇIXAN xəbər verir ki,  bu münasibətlə keçirilən seminar-müşavirədə çıxış edən Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanında icrası nəzərdə tutulmuş məsələlərin həll edilməsi məqsədilə 2018-ci ilin noyabr ayının 1-dən etibarən lisenziyaların verilməsinə başlanıldığını bildirib. Qeyd olunub ki, bununla əlaqədar maarifləndirici tədbirlər görülüb, muxtar respublika ərazisində avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərən 800-dən artıq sahibkara lisenziya verilib.

Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədəolma müddəti bir ildir. Ötən il verilmiş lisenziyaların vaxtı bitdiyindən sənədləşmə işi yenidən aparılmalıdır.

Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərənlərə qarşı atılan addımlardan bəhs edilərkən vurğulanıb ki, ötən müddət ərzində xidmətin reyd komissiyası tərəfindən keçirilən reydlər zamanı qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən, eləcə də fərqlənmə nişanı almaqdan yayınan avtonəqliyyat vasitələri aşkar edilib. Ümumilikdə, 173 avtonəqliyyat vasitəsinin sahibi haqqında məlumat cəza tədbiri görülməsi üçün aidiyyəti orqanlara göndərilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Təbliğat işləri üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov çıxışında sərnişindaşıma xidməti sahəsində qanunvericilikdə nəzərdə tutulan məsələlər barədə məlumat verib.

Sonra suallar cavablandırılıb, sahibkarlara yeni lisenziyalar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: