NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb. Ayrılmış ərazidə əvvəlcədən hazırlıq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarma tədbirləri görülüb. 5,5 hektarlıq sahədə salınan bağda 600-ə yaxın cəviz tingi əkilib. Bu bağın salınmasında rayondakı tingçilik təsərrüfatının əkin materialından istifadə edilib. Sahənin daha da genişləndirilməsi nəzərdə tutulub.
Kəngərli rayonunun Xok və Yeni Kərki kəndlərinin yol kənarlarında da 1500 tut tingi əkilib. Tinglərə aqrotexniki qulluq göstərilib. Həmçinin aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində Xok kəndinin qəbiristanlıq ərazisində 600-ə yaxın həmişəyaşıl ağac əkilib.
Mədinə Rəhimli