Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”nə start verilib. Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir Naxçıvan Şahmat Mərkəzində olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli qeyd edib ki, muxtar respublikanın 95 illik yubileyinə həsr olunan turnir bu sahədə indiyədək keçirilən ən genişmiqyaslı tədbirdir. İntellektual yarışmada ilk dəfə olaraq 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak edəcək.

Sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev turnirin qaydaları barədə məlumat verib.

“Nə?, Harada?, Nə zaman?” intellektual oyununda komanda iştirakçılarına 48 sual ünvanlanıb. Sualları düzgün cavablandıran və ilk 16 yeri tutan Ədliyyə, Maliyyə, İqtisadiyyat, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Şəhər, Culfa, Sədərək, Babək və Ordubad Rayon İcra hakimiyyətlərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Miqrasiya Xidmətinin, Ali Məhkəmənin, Ombudsman Aparatının, muxtar respublika Prokurorluğunun komandaları ikinci mərhələdə iştirak etmək hüququ əldə ediblər. Turnirin növbəti mərhələsi - “Breyn Rinq” intellektual oyunu noyabrın 22-də Naxçıvan Gənclər Mərkəzində keçiriləcək.

“İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”ndə ilk üç yeri tutmuş komandalar təşkilatçılar tərəfindən təltif olunacaqlar.

Tədbirin məqsədi gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, dünyagörüşü və zehni inkişafı stimullaşdırmaq və onlar arasında bilik və elmin nüfuzunu artırmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: