Naxçıvanda mənzillərə istilik verilib

A- A A+

Naxçıvan şəhərində bu gündən  ictimai yaşayış binalarına, inzibati və sosial obyektlərə istilik verilir. NUHÇIXAN xəbər verir ki, bu mövsümdə 173 yaşayış binasındakı 7 min 634 mənzil və 30 inzibati bina istiliklə təmin ediləcək. Bu iş 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə həyata keçiriləcək. Qazanxana maşinistləri Naxçıvan Regional Peşə Tədris Mərkəzində kursdan keçərək sertifikat alıblar.

Qazanxanaların  istismara yararsız qazanları yeniləri ilə əvəz olunub. Onlar təbii qazla yanaşı mazut və dizel yanacağı ilə də təchiz edilib. Həmçinin mənzil və binalara gedən istilik xətlərinin üstü örtülüb.  İstiliklə təmin olunan ictimai yaşayış binalarında və inzibati binalarda yoxlama-sınaq işləri aparılıb. 

Qeyd edək ki, 2019-2020-ci illərin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2019-cu ilin noyabr ayının 15-dən 2020-ci ilin mart ayının 15-dək saat 18:00-dan 24:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək. 

                                                Əbülfəz Dünyamalıyev

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: