Muxtar respublikada bir ilkə imza atılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada ilk dəfə olaraq gənc riyaziyyatçılar arasında Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib.
VII, VIII və IX sinif şagirdlərinin iştirakı ilə keçirilən olimpiadada Heydər Əliyev adına tam orta məktəbdən 8, Naxçıvan Qızlar Liseyindən 10, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydən 15, Naxçıvan Qarnizonu tam orta məktəbindən 6, Naxçıvan Şəhər ümumtəhsil məktəblərindən 100 olmaqla, ümumilikdə 139 şagird iştirak edib. Bunlardan 45-i VII, 50-si VIII, 44-ü isə IX sinif şagirdləridir. Olimpiada iştirakçıları 25 sualı 60 dəqiqə ərzində cavablandırıblar.
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən təşkil olunur və dünyanın 70-dən çox ölkəsində keçirilir. Azərbaycanda isə bu olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilib.
Ərhan Novruzov