Muxtar respublikada yeni meyvə bağları salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərində və rayonlarda keçirilən ağacəkmə aksiyasında yaşıllıqlara qulluq göstərilib, yeni meyvə bağları salınıb.

Şərur, Babək, Ordubad, Sədərək rayonlarında ümumilikdə minlərlə ağac və gül kolları əkilib, bərpa işləri görülüb.  Kəngərli rayonun Böyükdüz kəndi  və Şahbuz rayonun Türkeş kəndində 1 hektar, Culfa rayonunda isə 2,8 hektarda yeni bağlar salınıb.

Ümumtəhsil məktəblərində keçirilən aksiyada isə təhsil ocaqlarının həyətlərində gülkarlıqlarda və yaşıllıqlarda becərmə işləri aparılıb.

Aksiyada nazirliklər, komitələr, baş idarələr, hüquq-mühafizə orqanlarının əməkdaşları fəal iştirak edib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: